AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gözdən əlillərin şikayəti əsasında “Qızıl Qaya” restoranında yoxlama aparıldı: Zəhərlənmə şübhəsi araşdırılır

  • + A
  • - A
  • Bu gün, 12:26


    Gözdən əlillərin şikayəti əsasında “Qızıl Qaya” restoranında yoxlama aparıldı: Zəhərlənmə şübhəsi araşdırılır

    Gecə saatlarında paylaşdığım videoda gözdən əlil insanlara qarşı yol verilən hərəkətlərlə bağlı cəmiyyəti narahat edən məqamları diqqətə çatdırmışdım.

    Təqdirəlayiq haldır ki, bazar günü olmasına baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gedərək operativ araşdırmalara başlayıb və ilkin nəticələri ictimaiyyətlə bölüşüblər.

    Belə ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı aparılan araşdırma zamanı müəssisənin sanitar-gigiyenik vəziyyətində ciddi nöqsanlar, qida məhsullarının emalı və saxlanılması prosesində pozuntular, eləcə də çarpaz çirklənmə riskləri müəyyən edilib. Götürülən nümunələr laborator müayinələrə cəlb olunub.

    İctimaiyyət üçün əhəmiyyət daşıyan belə məsələlərə operativ reaksiya verilməsi və nəticələrin açıq şəkildə paylaşılması vacibdir.

    Ümid edirik ki, araşdırmanın yekun nəticələri də ictimaiyyətə açıqlanacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
    Elnurə






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR