AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda ərəblər qəzaya düşdü – Ölən və yaralananlar var

  • + A
  • - A
  • 1-07-2019, 09:22

    Azərbaycanda ərəblər qəzaya düşdü – Ölən və yaralananlar var

    Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. İki minik avtomobillinin toqquşması nəticəsində bir nəfər ölüb, 5-i isə ağır xəsarət alıb. Ölən şəxs Şamaxı şəhəri, Seyid Əzim Şirvanı küçə sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğludur. Xəsarət alanlar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində xəsarət alanlar arasında ərəb turistlər də var.

    Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi ağır xəsarətlər alıb. Hazırda digər yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR