Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, avtoqəza Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb.
Belə ki, 30 yaşlı Orxan adlı sürücünün 1 saylı şəhərdaxili xətt marşrutu üzrə idarə etdiyi “Hyundai” markalı mikroavtobus “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü xəsarət alıb. Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır kimidir.
Hadisə şahidlərin sözlərinə görə, yük maşını işıqforun qırmızı işığında yolu keçərkən mikroavtobusun yoluna çıxıb. Ancaq həmin vaxt mikroavtobusda sərnişin olmayıb.
Yol qəzasının təfərrüatları araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.