AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sədərək”dəki yanğınla bağlı müraciət edənlər evə buraxılıblar

  • + A
  • - A
  • 5-08-2019, 10:17

    “Sədərək”dəki yanğınla bağlı müraciət edənlər evə buraxılıblar

    “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

    Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, onlardan 6-na yerində yardım edilib, 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

    Qeyd olunub ki, 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır: “Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda bu hadisə ilə bağlı xəstəxanada xəstə yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR