AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kişi iki yaşlı uşağından sonra arvadının ölümünə səbəb oldu – Şəmkirdə

  • + A
  • - A
  • 19-08-2019, 10:21

    Kişi iki yaşlı uşağından sonra arvadının ölümünə səbəb oldu – Şəmkirdə

    Şəmkirin Sarıtəpə kəndində kişinin evi yandırması nəticəsində yanıq xəsarətləri alan 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova ölüb.

    Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a fakt təsdiqlənib.

    Qeyd edilib ki, əri tərəfindən yandırılan və bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib. Bədəninin 55% (4 cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının (hadisəni törədən kişinin qayınanası Səltənət Allahverdi qızı) vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə onun da həyatı təhlükə altındadır.

    Qeyd edək ki, sərxoşkişi gecə saatlarında ailə münaqişəsi zəminində qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova, 2 yaşlı oğlu Nicat Elmar oğlu Məmmədov və 54 yaşlı qaynanası Səltənət Allahverdi qızı olub. İki yaşlı körpə aldığı yanıq xəsarətlərindən ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR