AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda toyda 25 nəfər zəhərlənib – FOTOLAR

  • + A
  • - A
  • 28-08-2019, 09:45

    Azərbaycanda toyda 25 nəfər zəhərlənib – FOTOLAR

    İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.

    APA-nın yerli bürosundan verilən məlumata görə, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində baş verib.

    Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.

    Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

    Yardım göstərildikdən sonra 10-a yaxın xəsdə ambulator müalicəyə buraxılıblar.

    Faktla bağlı araşdırma aparılır.
    Azərbaycanda toyda 25 nəfər zəhərlənib – FOTOLAR
    Azərbaycanda toyda 25 nəfər zəhərlənib – FOTOLAR
    Azərbaycanda toyda 25 nəfər zəhərlənib – FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR