AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səhiyyə Nazirliyi və FHN-dən İTV-dəki yanğınla bağlı açıqlama

  • + A
  • - A
  • 28-09-2019, 11:03

    Səhiyyə Nazirliyi və FHN-dən İTV-dəki yanğınla bağlı açıqlama

    İctimai televiziyaya tüstülənməyə görə saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub.

    Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb. İki nəfər (kişi) müraciət edib.

    Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

    Fövqəladə Hallar Nazirliyi də İTV-də baş verən yanğınla bağlı açıqlama yayıb.

    Açıqlamada deyilir ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

    Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR