Terrorçuları maliyələşdirən İlyas Xəlilov öldürüldü
Ötən gecə Dağıstanın Qala rayonundakı Tyube qəsəbəsinin yaxınlığındakı Federal avtomobil trasında terrorçular məhv ediliblər.
Milli.az Antiterror Komitəsinin İnformasiya Mərkəzinə (NAC) istinadən xəbər verir ki, zərərsizləşdirilmiş silahlılar arasında silahlı qruplaşmanın rəhbəri İlyas Xəlilovun da olduğu bildirilir.
Məlumatda "Onun Talqi kəndinin iki sakininin öldürülməsi, Karaxami kəndində hüquq-mühafizə orqanı əməkdaşlarına hücum və terrorçuları maliyyələşdirmək üçün sahibkarlardan pul qoparmaq kimi cinayətləri var" deyilir.