"Nərminin öldürülməsini hamı qınayır. Mən bir ağsaqqal kimi bu hadisəni vandalizm adlandırıram".
Baku.ws xəbər verir ki, bu sözləri "İctimai" kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib.
O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır.
Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub:
"Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub".
Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.