Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.
Report məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.