AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda kriminal avtoriteti güllələyən şəxs “dəlixana”ya göndərildi

  • + A
  • - A
  • 24-02-2020, 15:24

    Azərbaycanda kriminal avtoriteti güllələyən şəxs “dəlixana”ya göndərildi


    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

    Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.
    Onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilib və müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

    Qeyd edək ki, hadisə silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə “Şahin” kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.
    Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.

    Bundan başa “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı “Şahin”in evində xeyli sayda silah-sursat aşkarlanıb.

    Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıb. Saxlanılanlardan İlqar Həsənovun cinayət işinin istintaqı ayrı icraatda aparılıb.

    Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib. /BakuPost


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR