AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənsimovun saxlanılması ilə bağlı yeni detallar: Danışıqları…

  • + A
  • - A
  • 16-03-2020, 12:02

    Mənsimovun saxlanılması ilə bağlı yeni detallar: Danışıqları…


    Mübariz Mənsimovun həbs olunması xəbəri həqiqəti əks etdirmir. O, İstanbul polisi tərəfindən dindirilmək üçün saxlanılıb.

    Bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı jurnalist Fuad Abbasov deyib.

    “Mənsimov bazar günü səhər saatlarında saxlanılıb. Evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir. İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, – deyə Abbasov qeyd edib.

    O, həm də İstanbul əmniyyət müdirliyi ilə yaxın əlaqələri olan türk mətbuatında bu səhər çıxan məlumatlara da diqqət çəkib.

    “Türkiyənin bəzi media qurumları yazır ki, Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olub. Məlumatda, həmçinin, Mənsimovun bu şəxslərlə tez-tez telefon danışıqları, birgə səyahətləri olduğu iddia olunur. Bunlar hamısı iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, – deyə Abbasov qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR