“Bu gün koronavirusa daha 29 nəfərin yoluxduğu müəyyən olunub. İnfeksiya təhlükəsi başlayandan sutka ərzində ən yüksək yoluxma sayıdır”.
Oxu.az xəbər verir ki, bu sözləri bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, yekun olaraq Azərbaycanda 104 nəfər koronavirus xəstəsi var: “Bu günə qədər koronavirusa yoluxma sayı ümumilikdə 122 nəfər olub. Onların böyük hissəsi ölkə daxilində qeydə alınan yoluxma hallarıdır. Təəssüf ki, ölkə daxilində yoluxmaların sayı xaricdən idxal olunan vətəndaşların sayını üstələyir”.
İ.Məmmədov mövcud vəziyyətin qarşısını almaq üçün Nazirlər Kabinetinin yenidən iclas keçirdiyini bildirib: “Nazirlər Kabineti yanənda Operativ Qərargahın növbəti iclasının keçirilməsinin üç əsas səbəbi oldu.
Artıq ümumi xəstələrin sayının rekord həddə çatması, gün ərzində xəstələnənlərin sayının həndəsi silsilə ilə artması və xəstəliyin regionlara yayılması.
Buna nəzarət etmək nisbətən çətinləşir. İclasda xüsusi karantin rejiminin tətbiq olunduğu 72 saat ərzində nə baş verdiyi müzakirə edilib. Vətəndaşların karantin rejiminə hansı şəkildə riayət etmələri gözdən keçirildi. Baş nazir özü də bununla bağlı vətəndaşlara çağırış etdi ki, hər kəs həmrəy olmalıdır. Təəssüf ki, insanlar karantin qaydalarına əməl etmir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.