Ölkədə koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artmaqda davam edir. Təkcə ötən gün daha 43 nəfərdə bu virus tapılıb. Virusa yoluxanlar arasında Füzuli rayonunun keçmiş polis rəisi Bünyad Məmmədov da var. Qarabağ müharibəsinin iştirakçısı olan B. Məmmədov qızdırma hiss etdikdən sonra dərhal təcili yardıma müraciət edib. 72 yaşlı keçmiş rəis təkadamlıq palatada müalicə olunur. O, AzTV-yə müsahibəsində əhaliyə müraciət edərək dövlət tərəfindən qoyulan tələblərə əməl etməyə çağırıb.