AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan səmasında görünən qəribə görüntü — Bu nədir? - VİDEO

  • + A
  • - A
  • 27-04-2020, 13:15

    Azərbaycan səmasında görünən qəribə görüntü — Bu nədir? - VİDEO


    Azərbaycan səmasında görünən qəribə görüntü
    Dünən gecə Azərbaycan səmasında qəribə işıqlar müşahidə olunub.
    Baku.w xəbər verir ki, göydə ardıcıl işıqlar görünüb və bunu kameraya çəkiblər.

    İşıqlar xüsusilə Zaqatala-Balakən tərəfdə gözlə daha yaxşı müşahidə olunub.

    Türkiyə mətbuatı da bu işıqlardan yazıb. Bildirilir ki, Türkiyənnin bəzi bölgələrində sözügedən işıqlar vətəndaşlar tərəfindən çaşqınlıqla izlənilib.

    Türkiyə mətbuatı iddia edir ki, səmada görünən işıqlar "Starlink peykləri"nə aiddir.

    Qeyd edək ki, ABŞ-ın raket, peyk və kosmik servis istehsalçısı “SpaceX” “Starlink” internet peyk şəbəkəsinin bir hissəsi olaraq daha 60 peyki fəzaya buraxmışdı.

    “Starlink layihəsi” çərçivəsində “SpaceX” kosmosa əvvəllər 5 dəst və hər dəstdə 60 olmaqla 300 peyk buraxıb. Şirkət “Earth” orbitində “Starlink” peykləri ilə 12.000 peyklik şəbəkə qurmağı planlaşdırır. Layihənin 2027-ci ildə tamamlanması gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR