AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda ən aktiv vulkan 25-ci dəfə püskürdü - Foto

  • + A
  • - A
  • 2-05-2017, 12:03

    Azərbaycanda ən aktiv vulkan 25-ci dəfə püskürdü - Foto
















    Vulkan dünyanın ən aktiv 5 vulkanından biridir

    Bu gün saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İstiPress-in əldə etdiyi məlumata görə. bu vulkan Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

    Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

    Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR