Şok: DTX generala qarşı 8 milyon iddia qaldırdı
Dövlət Təhlükəsizlik Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı mülki iddia qaldırıb
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində qeyd olunub.
Bildirilir ki, təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 7.736.058 (yeddi milyon yeddi yüz otuz altı min əlli səkkiz) manatlıq mülki iddia verilib.
Həmin iddia icraata götürülüb və Elçin Quliyev mülki cavabdeh qismində tanınıb.
Qeyd edək ki, MTN Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.