AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni diplomat pullarını töküb... “oğru”ları “sxodka”ya topladı - Polis basqını

  • + A
  • - A
  • 16-05-2017, 10:37

    Erməni diplomat pullarını töküb... “oğru”ları “sxodka”ya topladı - Polis basqını

















    Kriminal aləmin “generalları” artıq Çexiyaya ayaq açıblar. Bu ölkənin kurort şəhəri olan Karlovı Varıda “oğru sammiti” yarımçıq kəsilib. “Sxodka”ya toplaşan “oğru”lar yeni “oğru”ları “taclandırmağa” macal tapmadan polis bölməsinə aparılıblar

    Cebhe.info xəbər verir ki, saxlanan şəxslər arasında 3 nəfər daha məşhurdur: 58 yaşlı Qayoz Zviadadze, 43 yaşlı Qela Kardava və 42 yaşlı Dmitri Zabrodin. Sonuncu cəmi 2 ay əvvəl status alıb və bu, onun ilk “sxodka”sı imiş. Qela Kardava saxta sənədlə tutulub.

    Onun üzərində Ukrayna vətəndaşı Oleq Qolombanın adına pasport tapılıb. Əgər bu fakt məhkəmədə təsdiqlənərsə, Qela Kardava həbsxanaya getməli olacaq. “Sxodka”nın maliyyə təminatçısı isə Soçidən olan biznesmen, Robson ləqəbli Ruben Tatulyan olub. Tatulyan özü isə “sxodka”ya gəlmək üçün erməni vətəndaşının, yəni özünün adına diplomatik pasportdan istifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR