İş adamının qızı nazirliyin şöbə müdirini məhkəməyə verdi
Tanınmış biznesmen Müqayis Verdiyevin qızı Aytən Verdiyevə hazırda həbsdə olan məşhur futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov və digər 2 nəfərə qarşı məhkəmə iddiası qaldırıb
A.Verdiyeva Nəsimi rayon məhkəməsinə müraciət edərək T.Əhmədov, Kazım Şərifov və Emil Allahverdovun ona olan borcunu qaytarmalarını tələb edib.
Kazım Şərifov ləğv edilən Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Şöbəsinin müdiri olub. Emil Allahverdov isə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Baş Hüquq Müfəttişidir.
Məhkəmə iş adamının qızının iddiasını rədd edib və o, qərardan apellyasiya şikayəti verib.
İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə davam etdirilir.
Fotoda: Müqayis Verdiyev oğlu ilə