Azərbaycanda vəzifəli şəxs vəfat etdi
"Aqrarkredit” bank olmayan kredit təşkilatının (BOKT) departament rəhbəri dünyasını dəyişib
Bu barədə təşkilatın yaydığı elanda deyilir.
Belə ki, "Aqrarkredit”in Problemli kreditlərlə iş departamentinin direktoru Tofiq Əliyev vəfat edib.
"BOKT-un rəhbərliyi Tofiq Əliyevin vəfatından kədərləndiyini bildirir”, - deyə elanda qeyd edilib.
Qeyd edək ki, "Aqrarkredit”in səhmlərinin 100%-i dövlətə məxsusdur. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Beynəlxalq Bankının problemli aktivləri adıçəkilən BOKT-a ötürülür. (APA-Economics)