AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

  • + A
  • - A
  • 19-02-2021, 14:04


    Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinaytləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub. Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
    Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR