AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş vermiş cinayət hadisələri

  • + A
  • - A
  • 12-02-2021, 12:44

    Sutka ərzində baş vermiş cinayət hadisələri

    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini O.Cahangirzadə Qaradağ rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilmişdir.
    Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 69 qrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər, o cümlədən 1 kiloqram 10 qramdan artıq heroin, 54 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülmüşdür.

    ***
    Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirmişdir.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.
    Araşdırma aparılır.

    ***
    Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat, 400 ABŞ dolları və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı saxlanılmışdır.

    ***
    Oğurluq etdiklərinə görə tutulmuş Ə.Abbasovun və Ə.Abbasovun ətraflarında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki 4 anbardan ümumilikdə 27.000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir.

    ***
    Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Məcidov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 835 qram heroin aşkar edilərək götürülmüşdür.

    ***
    Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılmışdır.

    ***
    Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini R.Rəsulov fevralın 10-da saat 21 radələrində 18-ci mikrorayon ərazisində bir nəfərin ona küt alətlə xəsarət yetirib mobil telefonunu aldığını bildirmişdir.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Aslanov saxlanılmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR