Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi İsmayılova Şəbnəm Qabil qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Azadmedia.az xəbər verir ki, o, bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində avtomobil qəzasında faciəli şəkildə həyatını itirib.
Qeyd edək ki, Şəbnəm İsmayılova ikinci kurs tələbəsi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.