Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat – Qadın evli imiş
Bakıda avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın məlumatına görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən binanın qarajında 21 yaşlı sevgilisi Elşən Əhmədovla birgə meyiti tapılan Aysu İsmayılova evli olub.
Araşdırmlar zamanı məlum olub ki, 21 yaşlı Aysunun rəsmi nikahdan bir körpə övladı da var.
Bildirilir ki, cütlük Aysu ailə qurmazdan əvvəl bir-birini tanıyırmış. Onların meyitlərinin necə tapılmasına gəlincə, 21 yaşlı oğlanın anası onun evə gəlməməsindən narahat olub. Daha sonra maşının qarajda olub-olmadığını öyrənmək üçün binanın qarşısına gedib. Bu zaman qadın dəhşətli mənzərənin – oğlu ilə sevgilisinin maşında öldüyünün şahidi olub.