Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə keçmiş müavini, alim aqronom, aqrar elmləri üzrə fəlsəfə doktoru Firudin Şərbətov vəfat edib.
AzadMedia.az xəbər verir ki, mərhum alim 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Şərbətov Firudin Vəzir oğlu 24 noyabr 1958-ci ildə Cəlilabad rayonunun Cəlayir kəndində anadan olub. 1965-ci ildə Cəlilabad rayonunun Andreyevka kənd məktəbinin 1-ci sinfinə getmiş və həmin məktəbin 10-cu sinfini 1975-ci ildə bitirib. 1975-ci ildə Kirovabad şəhərindəki S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakultəsinə daxil olub. Həmin institutu 1980-ci ildə bitirib.
O, 1992-ci ildə isə Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini vəzifəsinə təyin edilib.
1994-cü ilin fevral ayından 1996-cı ilə qədər Cəlilabad Təcrübə Stansiyasında “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-ci ildən etibarən Əkinçilik ET İnstitutunda “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifəsində calışıb. Ərzaq paxlalıları proqramınin rəhbəri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.