Cəlilabadın icra başçısına yeni köməkçi təyin edilib
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının yeni köməkçisi təyin edilib.
Report xəbər verir ki, bu vəzifəyə müvafiq sərəncamla Əmralıyev Elgün Qurban oğlu təyin olunub.
Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının əvvəlki köməkçisi Malik Şərbətov vəzifəsindən ötən ay kənarlaşdırılıb.