AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluq və DİN Lerikdəki qətllə bağlı MƏLUMAT YAYDI

  • + A
  • - A
  • 3-05-2021, 11:05



    Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerikdə qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

    Birgə məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

    Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
    Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR