Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Yoxlamalar zamanı qayda pozuntusuna yol vermiş piyadalar və sürücülər müəyyən edilib. Mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Eyni zamanda piyada keçidlərində qayda pozuntusuna yol verərək piyadalar üçün təhlükə yaradan sürücülər də müəyyən edilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş 27 sürücü və piyadaya inzibati qaydada protokollar tərtib edilib.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.