AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Olimpiya çempionumuz avtomobili ilə bir ailəni vurdu – VİDEO

  • + A
  • - A
  • 20-07-2017, 11:02

    Olimpiya çempionumuz avtomobili ilə bir ailəni vurdu – VİDEO














    Yasamal rayonunda bir ailənin bütün üzvlərini avtomobil vurub.

    Yenicag.az xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. 68 yaşlı Lyudmila Şubina idarə etdiyi Honda markalı avtomobillə Gəncədən Bakıya qonaq gələn Namiq Məmmədov, həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni vurub. Hadisədən sonra sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonra amblator müalicəyə buraxılıb. Polis sürücünün ifadəsini alandan sonra onu sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

    Qeyd edək ki, 68 yaşlı Lyudmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatılıb. Yarışların son turunda Sovet İttifaqının yığması Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub edib və XXI Yay Olimpiya Oyunlarının çempionu olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR