Sumqayıtda etiraz aksiyası keçirilir: 3 aydır maaş verilmir - SON DƏQİQƏ (FOTOLAR)
Xeberle.com-un məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin bir qrup işçisi idarənin qarşısında etiraz aksiyası keçirir. İşçilərin bildirdiyinə görə, artıq 3 aydır ki maaş verilmir. Dəfələrlə rəhbərliyə müraciət etmələrinə baxmayaraq heç bir səbəb göstərilmədən yox cavabı deyilir. İşçilərin narazılığına idarə rəhbəri Namiq Tarverdiyev "Kimin xoşu gəlir işləsin, kimin xoşu gəlmir yol açıqdır, gedə bilər" deyərək cavab verib.
Qeyd edək ki, etiraz edən işçilər Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər şöbəsindən göndərilib. Həmin şəxslərlə bir illik müqavilə imzalanıb. Buna baxmayaraq idarə rəhbəri maaaş ödəməkdən boyun qaçırır. Hal hazırda aksiya davam edir: