AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada 668 kriminal avtoritet və qanuni oğruya qarşı sanksiya tətbiq edilib

  • + A
  • - A
  • 14-05-2021, 22:49

    Ukraynada 668 kriminal avtoritet və qanuni oğruya qarşı sanksiya tətbiq edilib

    Ukraynada 111 əcnəbi kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib.
    AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində məlumat verib.
    Prezidentin sözlərinə görə, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 14-də keçirilən iclasında qəbul edilib. Bundan başqa qanuni oğru adlandırılan 557 şəxsə qarşı eyni sanksiyalar tətbiq edilib. Sanksiyaya düşənlərin aktivləri dondurulacaq, vətəndaşlıq ala bilməyəcək, ölkədən çıxarılacaq, Ukraynaya girişinə qadağa qoyulacaq.
    Zelenskinin sözlərinə görə, bu insanların bəziləri hazırda Ukrayna xaricindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR