AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb

  • + A
  • - A
  • 17-05-2021, 14:50


    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Astara RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı araşdırma aparılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR