AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanışını səbəbsiz qətlə yetirdi

  • + A
  • - A
  • 21-05-2021, 11:03


    Bəzi kütləvi informasiya vasitələrində Mingəçevir şəhər sakini Eldar Abbasovun döyülərək öldürülməsi barədə məlumatlar yayılmışdır.
    Mingəçevir şəhər prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.
    Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
    Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR