Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.
Məlumata görə, Təbrizin burnu sınıb, kəllə-beyin xəsarəti alıb. “Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır”.
O da qeyd olunur ki, Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.