Masallı rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İstintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rövşən Orucov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.