Ələt-Astara yolunda daha bir məşhur restoran yandı - Video
Ələt-Astara yolunda restoran yanıb
Hadisə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 51-ci kilometrliyində yerləşib. Vətəndaşa məxsus restoranın ərazisində ümumi sahəsi 180 kvadrat olan taxta konstruksiyalardan ibarət talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Virtualaz.org-un məlumatına görə, “Gülüstan” restoranının həyətindəki çardağ-salon büsbütün yanıb.
”Gülüstan” restoranı Bakı-Astara yolunda sərnişinlərin xidmətindən istifadə etdiyi ən məşhur məkanlardan biri idi. Maraqlısı isə odur ki, iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 36-cı km-dəki “Ulduz” restoranı da büsbütün yanmışdı.