AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

  • + A
  • - A
  • 31-07-2017, 09:58

    Azərbaycanda vəzifəli şəxs bıçaqlandı















    Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

    İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib. Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

    Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

    Faktla bağlı 102 xidmətinə məlumat verilib. Fakt üzrə araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR