AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tovuzda probleminə çarə tapmayan vətəndaş general-polkovnik Vilayət Eyvazovdan kömək istəyir

  • + A
  • - A
  • 8-06-2021, 01:47

    Tovuzda probleminə çarə tapmayan vətəndaş general-polkovnik  Vilayət Eyvazovdan kömək istəyir

    Tarixən qonşunun necə olması xalqımız üçün önəm daşıyıb, ev alanda, yurd salanda qonşunun kimliyi ilk verilən suallardan olub. “Qonşun pisdir köç qurtar” məsəli də problemli qonşu ilə ömür çürütmədən, asan yol kimi göstərilib. Artıq pis qonşuya görə köçməyə ehtiyac yoxdur. Çünki vətəndaşlarımızı pis qonşudan qoruyan qanunlarımız, qanunların icrasını tələb edən asayiş keşikçilərimiz, polislərimiz var. Saytımıza daxil olan şikayət məktubu da qonşu ilə anlaşa bilməyən vətəndaşdandır.
    Azadmedia.az-a Tovuz rayonunun Qovlar şəhərindən şikayət məktubu daxil olub. Məktubla müraciət edən H.Sultanov küçəsində yaşayan Cəfərov Elfaq Hüseyn oğlu bildirir ki, qonşusu Hüseynov Faiq Abuzər oğlu ilə 4 ildir həyətyanı torpaq sahəsinin düzgün bölünməməsi üzündən problem yaşayır.
    Saytımız vasitəsi ilə DİN naziri general-polkovnik Vilayət Eyvazovdan kömək istəyən Elfaq Cəfərov qeyd edir ki, son illər qonşusu Faiq ailə üzvlərini təhqirə keçib, müxtəlif hərəkətlər edərək ailəni provakasiyaya çəkir. Cəfərovlar ailəsi dəfələrlə 102 xidmətinə zəng edib hadisə barəsində məlumat veriblər. Hər dəfə Qovlar Şəhər Polis Bölməsinin rəisi Rəşad Cəfərov E.Cəfərova bildirir ki, bu işdə heç bir inzibati xəta, cəza yoxdur.
    Belə xırda məsələlər yerindəcə həll olunmur, əksinə alovlanır, bir də oxuyacağıq ki, qonşu qonşunu qətlə yetirdi.
    P.S. Bu vaxta qədər general-polkovnik Vilayət Eyvazova çox məktublar ünvanlamışıq. Heç biri də cavabsız qalmayıb, məsələyə operativ yanaşılıb, tez bir zamanda problem həllini tapıb. İnanırıq ki, Elfaq Cəfərovun da şikayətinə biganə yanaşılmayacaq, tərəflər arasında problem çözüləcək. Qonşular arasında problem yoluna qoyulmalıdır ki, gələcəkdə törənə biləcək hər hansı bir cinayətin qarşısı alınsın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR