AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN saatlar öncə Azadmedia.az-da gedən yazıya münasibət bildirdi

  • + A
  • - A
  • 8-06-2021, 13:06

    DİN saatlar öncə Azadmedia.az-da gedən yazıya münasibət bildirdi

    Bir neçə saat öncə Azadmedia.az saytında "Tovuzda probleminə çarə tapmayan vətəndaş general-polkovnik Vilayət Eyvazovdan kömək istəyir" başlıqlı vətəndaş şikayət-məktubu dərc olunmuşdu. DİN həmişəki kimi operativlik göstərərək məsələyə cavabını çox gecikdirmədi. Adıçəkilən məktubla əlaqədar saytımızla əlaqə saxlayan DİN Qərb Regional Zonasının rəhbəri Baş leytenant Eşqin Qasımov bildirdi ki, iki qonşu arasında mübahisəli torpaq ərazisi var. Şikayət edən vətəndaş Elfaq Cəfərov polis şöbəsinə dəvət olunub və ona izah edilib ki, torpaq məsələsi mülki məsələ hesab olunduğu üçün məsələ polisin səlahiyyətində deyil. Vətəndaş məhkəməyə müraciət edərək ona çatacaq torpaq sahəsinə hüquqi yolla sahiblənməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR