AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı kinorejissor vəfat etdi

  • + A
  • - A
  • 22-06-2021, 15:16


    Azərbaycanlı kinorejissor Çingiz Rəsulzadə vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Məlumata görə, 1972-ci il təvəllüdlü Ç.Rəsulzadə bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

    Qeyd edək ki, Ç.Rəsulzadə 20 fevral 1972-ci il Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

    Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR