AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib

  • + A
  • - A
  • 23-06-2021, 10:15


    Kürdəmir rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyunun 18-i Kürdəmir rayonu ərazisində Yaşar Baxşıyevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışları Xəyal Heydərov və Tural Cəbrayıllının şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Yaşar Baxşıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.
    Xəyal Heydərov və Tural Cəbrayıllı qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR