AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmişlidə güllələnmə ilə bağlı cinayət işi açıldı

  • + A
  • - A
  • 26-05-2021, 10:59


    İmişli rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 25 may 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd etmişdir.
    Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
    Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR