Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, ümumi çəkisi 3000 kiloqram olan, 4800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.