AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

16 yaşlı oğlan qətl törətdi

  • + A
  • - A
  • 13-07-2021, 14:14


    Binəqədi rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanmışdır.
    İstintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.
    Hazırda iş üzrə istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR