AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis Xızıda qanunsuz olaraq narkotik vasitə saxlayan şəxsi saxlayıb - foto

  • + A
  • - A
  • 28-07-2021, 10:08


    Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Azadmedia.az-a bildirdiyinə görə Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəssi aşkar olunaraq götürülmüşdür.
    Faktla bağlı istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR