AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncə sakinlərindən “patı” aşkarlanıb

  • + A
  • - A
  • 30-07-2021, 21:22


    Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    ŞBPİ-ni Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan “metamfetamin” əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb. Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi sitifadə üçün əldə etdiyini etiraf edib.
    Bundan başqa ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.
    Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR