AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvanda "patı" satan daha beş nəfər şəxs saxlanılıb

  • + A
  • - A
  • 31-07-2021, 13:56


    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
    Araşdırmalarla onların Şirvan şəhər sakinləri Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev olduqları müəyyən edilib.
    Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
    Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR