AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvanda "patı" satışı ilə məşğul olan şəxs saxlanılıb

  • + A
  • - A
  • 19-07-2021, 10:58


    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb.
    Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.
    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR