AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis Mingəçəvirdə parkda oynayarkən valideynlərini itirən azyaşlını ailəsinə təhvil verib

  • + A
  • - A
  • 31-07-2021, 14:22


    Mingəçevir şəhəri ərazisində yerləşən “Sahil” parkında azyaşlının çaşqın vəziyyətdə tək dolaşması həmin ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, polislər dərhal uşağa yaxınlaşıb,söhbət əsnasında qızcığazın parkda oynayarkən qəfildən valideynlərini itirdiyi və onları axtardığı məlum olub. Axtarışları nəticəsiz qalınca azyaşlı Polis Şöbəsinə gətirilib və onun ailəsinin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər görülüb. Qısa müddət ərzində uşağın valideynləri tapılıb və 5 yaşlı E.M ailəsinə təhvil verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR