Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzadMedia.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.
Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.